azia.az
azia.az

Vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı – SİYAHI

16-02-2022, 16:27

Vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı – SİYAHI
Azərbaycanda bir neçə bələdiyyələrin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Hokm.az-ın xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhərinin Binəqədi qəsəbə, Neftçala rayonu Xol Qarabucaq və Xol Qaraqaşlı, Goranboy rayonu Dəliməmmədli, Hacıqabul rayonu Abdulabad, Ağstafa rayonu Dağ Kəsəmən, Lerik rayonu Noda, Göygöl rayonu Aşıqlı və Ucar rayonu Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi