azia.az
azia.az

Tikilməkdə olan bina uçdu - dağıntılar altında qaldılar

13-02-2022, 08:45

Tikilməkdə olan bina uçdu - dağıntılar altında qaldılar
Tikilməkdə olan bina uçdu - dağıntılar altında qaldılar
Nigeriyanın ən böyük şəhəri Laqosda tikilməkdə olan üçmərtəbəli bina çöküb.

Xəbər verilir ki, bu barədə Nigeriyanın Politics Nigeria xəbər portalı məlumat yayıb.

Hadisə nəticəsində işçilər dağıntılar altında qalıb. Artıq iki fəhlə dağılmış tikililərin altından çıxarılıb, onların vəziyyəti barədə məlumat verilmir. Xilasetmə işləri davam edir.

Dağılan bina Laqos Universitetinin yaxınlığındakı Yaba bölgəsində yerləşir. Polis bir neçə küçəni bağlayıb.

Laqosda tikilməkdə olan binanın çökməsi son 4 ayda ikinci hadisədir. Noyabrın 1-də 21 mərtəbəli binanın uçması nəticəsində 38 işçi və tikinti meneceri ölüb.Olke.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi