Ötən il neçə istehsalat qəzası qeydə alınıb? - AÇIQLAMA
Ötən il istehsalat qəzaları səbəbindən 327 zərərçəkənə haqqının verilməsi təmin edilib. Aparılan tədqiqatlar zamanı 301 sayda bədbəxt hadisənin baş verdiyi müəyyən edilib bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov "Facebook”da yayımlanan "Sosial saat” layihəsində deyib.
"Əmək təhlükəsizliyinin pozulmasına dair faktlar aşkar olunarsa, işəgötürənə bu istiqamətdə müvafiq tapşırıqlar verilir ki, həmin qayda pozuntuları aradan qaldırılsın”, - deyə xidmət rəisi qeyd edib.