Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirib, özü və körpəsi ölüb
Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.
Azia.az "Report"a istinadən bildirir ki, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.
Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.
Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.