azia.az
azia.az

Azərbaycanda dəhşətli qətl - Qardaş qardaşı vəhşicəsinə öldürüb həyətində basdırdı

3-02-2022, 19:01

Azərbaycanda dəhşətli qətl - Qardaş qardaşı vəhşicəsinə öldürüb həyətində basdırdı
Masallı rayonunda 39 yaşlı kişi qardaşını öldürüb.

Baş Prokurorluqdan Gundem.az-a bildirilib ki, yanvarın 5-də Ərkivan qəsəbə sakini İlqar Cəbiyev qardaşı, 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə müraciət edib.



İstintaq zamanı itkin düşmüş Qalib Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilib.



Araşdırmalarla Qalib Cəbiyevin yanvarın 3-də, gecə saatlarında aralarında yaranmış mübahisə zamanı qardaşı 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürülməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.



Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanıb. Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi