azia.az
azia.az

Azərbaycanın instaqram “ulduz”ları özlərini belə satışa çıxarır: İntim xidmətlər təklif edən “Telegram” kanalı

1-02-2022, 16:12

Azərbaycanın instaqram “ulduz”ları özlərini belə satışa çıxarır: İntim xidmətlər təklif edən “Telegram” kanalı
Azərbaycanda "Telegram"da açılan kanal "Instagram"da özünə çox sayda izləyici toplayan "model"lərin intim xidmətlərini təklif edir.

Azia.az oxu.az-a istinadla xəbər verir ki, açılan kanalda qızlar açıq aşkar intim xidmətlərini təklif edirlər.

Belə ki, kanalın admini sosial şəbəkələrdə populyarlaşan müxtəlif qızların şəkillərini paylaşaraq nömrələrini və görüşdüyü məkanı qeyd edir. Həmin şəxs bildirir ki, fotoları paylaşılan qadınlar əlaqə nömrəsini və şəkillərini özləri səhifəni idarə edən şəxsə göndərirlər. Vaxtaşırı həmin kanalda canlı yayımlar açılır və izləyiciləri maraqlandıran suallar cavablandırılır.

Həmin şəxs isə intim xidmətlərini təklif edən qızların şəkillərini və görüş şərtlərini elan şəklində kanalda paylaşır.

30 minə yaxın abunəçisi olan kanal uzun müddətdir ki, fəaliyyət göstərir. Kanal admini özünü Röyal kimi təqdim edir və xaricdə yaşadığını bildirir.

Qeyd edək ki, bir müddət öncə analoji səhifə işlədən gənc saxlanılıb. Onun hazırda istintaq təcridxanasında olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi