azia.az
azia.az

Gecə klubunda çəkilən video Kamran Əsədova aiddir? - AÇIQLAMA

1-02-2022, 14:11

Gecə klubunda çəkilən video Kamran Əsədova aiddir? - AÇIQLAMA
"Bəzi sosial şəbəkələrdə, qruplarda mənə qarşı yazılar dərc olunur. Video görüntülər paylaşılıb, guya mənim olduğumu yazırlar. Rəqqasə ilə oynayan birini paylaşıb, Kamran Əsədovdur yazırlar. Bunlarla mənə təzyiq etməyə çalışırsınız?"

AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O sosial şəbəkələrdə ona aid olduğu deyilən videodan danışıb.

Ekspert bildirib ki, yayılan görüntülər ona aid deyil: "Mən etdiyim hər şeyin arxasındayam. Amma gəlin sizə paylaşmaq üçün nə qədər istəsəniz materiallar verim, lakin mənə aid. 2014-cü ildə də bunun kimilər saxta ittihamlarla mənə qarşı kampaniya başlatmışdılar, amma olmadı, bacarmadılar.
Pisi bilirsiniz nədir? Mən bu qədər sosial şəbəkələrdə açığam, lakin insanlar qoyun kimi nə paylaşım edilsə, inanırlar.
Bu arada, bacarmalınız və bacarmayacaqsınız. Nə 2014 də, nə də indi. Nə qədər istəsəz gəlin. Yolumdan, prinsipial mövqeyimdən dönməyəcəm".

Gecə klubunda çəkilən video Kamran Əsədova aiddir? - AÇIQLAMA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi