azia.az
azia.az

Xüsusi təyinatlımızın ermənini əsir götürdüyü an – VİDEO

28-01-2022, 16:15

Xüsusi təyinatlımızın ermənini əsir götürdüyü an – VİDEO
Öz şücaəti ilə qələbəmizdə imzası olan şəhid Mehrab Niftəliyevin yeni görüntüləri yayılıb.

Azia.az xəbər verir ki, İTV kanalının yaydığı videoda Mehrabın erməni xüsusi təyinatlısını əsir götürdüyü əks olunub.

Qeyd edək ki, 1985-ci ildə Quba rayonunun Qam-qam kəndində doğulan Mehrab 17 il Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə Azərbaycanı təmsil edərək uğurlara imza atıb.

O xüsusən çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini keçib.

Mehrab Niftəliyev müharibənin ilk günlərində cəbhəyə yollanıb, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərə qatılıb. Döyüşlərdə düşmənin 70-ə yaxın hərbi qulluqçusunu, eyni zamanda texnikasını şəxsən məhv edib. O 35 yaşında şəhidlik zirvəsinə ucalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi