Tural Sadıqlı barədə axtarış elan olundu
Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edilib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat verilib.
Məlumata görə, bloger T.Sadıqlı barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.
Milli.Az