azia.az
azia.az

Müəllimi döyən məktəblinin üstündən "tapança" çıxdı

26-01-2022, 12:42

Müəllimi döyən məktəblinin üstündən "tapança" çıxdı
Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb.

"Ölkə.Az" xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gələn şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.

Araşdırma aparılır.

Qeyd edək ki, F.Hüseynov məktəb müəllimidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi