azia.az
azia.az

İstirahət mərkəzində faciə: Xizəklə sürüşən məşhur aktyor vəfat etdi - FOTO

20-01-2022, 12:02

İstirahət mərkəzində faciə: Xizəklə sürüşən məşhur aktyor vəfat etdi - FOTO
Fransalı aktyor Qaspard Ulliel dünyasını dəyişib.

Azia.az "Haber Global"a istinadən xəbər verir ki, Fransada qış turizm mərkəzlərindən birinə istirahətə yollanan aktyor xizəklə sürüşərkən başqa bir adamla toqquşub.

Başından ağır zərbə alan Qaspard təcili olaraq xəstəxanaya aparılıb. Bir müddət sonra isə o, vəfat edib.

Hazırda ölüm hadisəsi ilə bağlı istintaq başladılıb. Polis araşdırma aparır.

"Moon Knight", "Hannibal Rising", "Saint Laurent" kimi ekran işlərində rol alan Qaspard Fransada "Bleu de Chanel" ətrinin də reklam siması idi.

İstirahət mərkəzində faciə: Xizəklə sürüşən məşhur aktyor vəfat etdi - FOTO
İstirahət mərkəzində faciə: Xizəklə sürüşən məşhur aktyor vəfat etdi - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi