Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb
![]()
Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb.
Hadisə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda qeydə alınıb.
Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Yumi Kitanonun idarə etdiyi "Nissan" markalı avtomobillə "BakuBus” MMC-nin 211 saylı xətt avtobusu toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. (report.az)