azia.az
azia.az

Ata həbsdə olan oğluna qadağan olunmuş əşya vermək istəyərkən tutuldu

17-12-2021, 08:20


Bakıda ata həbsdə olan oğluna beş ədəd telefon vermək istəyərkən tutuldu
Ata həbsdə olan oğluna qadağan olunmuş əşya vermək istəyərkən tutuldu
Ata həbsdə olan oğluna qadağan olunmuş əşya vermək istəyərkən tutuldu

Bakıda ata həbsdə olan oğluna beş ədəd mobil telefon keçirmək istəyib.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.

Bildirilirb ki, Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Məmməd Mehdi oğlu Məmmədovla görüşə gəlmiş atası, Bakı şəhər sakini Mehdi Məmməd oğlu Məmmədov oğluna beş ədəd mobil telefon aparatlarını ötürməyə cəhd edib.

Təcridxana əməkdaşlarının sayıqlığı nəticəsində mobil telefon aparatları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi