azia.az
azia.az

Rəzalət - Quran kursunda uşaqlara təcavüz edildi

14-12-2021, 10:49

Rəzalət - Quran kursunda uşaqlara təcavüz edildi
Türkiyənin Ərzurum şəhərində Diyanət Nazirliyinə bağlı Quran kursunda 7 uşaq cinsi istismara məruz qalıb.

Azia.az Bakupost-a istinadən xəbər verir ki, Ərzurum valisi şübhəlinin Yozgatda saxlanıldığını açıqlayıb.

Ərzurumun Diyanət İşləri İdarəsinin Palandöken bölgəsində yerləşən Hacı Bahattin Evgi internatında Quran kursunda yaşları 10-11 arasında olan 7 uşağın cinsi istismara məruz qaldığı üzə çıxıb.

Hadisəni təsdiqləyən Ərzurum valisi Okay Memiş kursda könüllü nəzarətçi kimi işləyən şübhəlinin Yozqatda qaçmağa çalışarkən saxlanıldığını və təhlükəsizlik səbəbilə Ərzuruma gətirilmədiyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi