Məhkəmədə "Yeni Müsavat"ın müxbirinə hücum edildi
Bakının, Novxanı qəsəbəsində "Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəmə prosesini işıqlandırmaq üçün məhkəmə binasında olan "Yeni Müsavat"ın əməkdaşına hücum edilib, bu barədə jurnalistin özü məlumat verib.
Onun sözlərinə görə, Elşad Kəlbəliyevin qohumu olan Nicat Məmmədov adlı şəxs məhkəmə zalında ondan kim olduğunu soruşub, müxbir ona izahat verməyə borclu olmadığını deyib və əvəzində həmin şəxsin təhqirləri ilə üzləşib.
Daha sonra müttəhimin qohumu elə məhkəmə binasındaca jurnalistə fiziki təzyiq göstərmək istəyib.
"O, məhkəmə koridorunda yumruq atdı. Sonra məhkəmə binasının önündə də davam etdi. 25 dəqiqədir "102"-yə məlumat vermişəm", - İlkin Muradov qeyd edib.