“Torqovı”da ərəb turistin başına nə gəlib? - TƏFƏRRÜAT - YENİLƏNİB
Bakının Səbail rayonunda yerləşən Nizami küçəsində xəsarət alan Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf ilə bağlı yeni məlumatlar əldə edilib.
Azia.az-ın bildirdiyinə görə, Ali Ahmad Noaf axşam saatlarında evinin qarşısında sərxoş olarkən yıxılıb. O, müvazinətini itirib.
Qapının tini ərəb turistin sinəsinə dəyib. Nəticədə o, yüngül xəsarət alıb.
*** 08:07
Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.
Azia.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində (“Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.