azia.az
azia.az

Rayonda DƏHŞƏTLİ HADİSƏ - Xəsarət alanlar var

25-11-2021, 08:54

Rayonda DƏHŞƏTLİ HADİSƏ - Xəsarət alanlar var
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub.


“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik maşını arxadan "VAZ-21011” markalı avtomobilinə çırpılıb. Nəticədə “VAZ-21011”-in sürücüsü, Şəki rayon sakini, 43 yaşlı Abdurahmanov Ramin Məmmədsan oğlu və sərnişin, 33 yaşlı Salmanov Röyal Salman oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi