azia.az
azia.az

SON DƏQİQƏ: Azərbaycanda yaşayış binasında partlayış, ölən var

23-11-2021, 14:00

SON DƏQİQƏ: Azərbaycanda yaşayış binasında partlayış, ölən var
Azia.az-ın "Report"a istinadən məlumatına görə, ev partlayışı nəticəsində ağır xəsarət alan Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Sahibə Rasim qızı Verdiyeva Bakıda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 18-i axşam saatlarında Gəncə şəhərinin Əlişir Nəvai küçəsində yerləşən evdə partlayış baş verib. Hadisə nəticəsində evdə olan qadın S.Verdiyeva 1998-ci il təvəllüdlü Əli Vahid oğlu Veridyev yanıq xəsarətləri alıb, fərdi evdə qismən dağıntılar olub. Daha sonra ağır yanıq xəsarətləri alan ana və oğlu Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülüblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi