azia.az
azia.az

Bakıda yeniyetmə qızın əməlləri görənləri dəhşətə gətirir - Taksi sürücüləri ilə... - VİDEO

17-11-2021, 11:53

Bakıda yeniyetmə qızın əməlləri görənləri dəhşətə gətirir - Taksi sürücüləri ilə... - VİDEO
Bakıda yeniyetmə qızın əməli eşidənləri dəhşətə gətirir.

Azia.az milli.az-a istinadən xəbər verir ki, videoda görünən bu qız şəhərin müxtəlif yerindən taksilərə yaxınlaşır və sürücüyə onu dediyi ünvana çatdırmasını istəyir. O, taksi sürücüsünə 2-3 ünvana gedəcəyini deyir, sonra maşını 9-cu mkr-da "Tərlan" şadlıq sarayının yaxınlığında yerləşən "Favorit" yaşayış kompleksinin dayanacağına sürdürür və gözləməsini istəyir.

Sürücünün pulunu ödəməmiş deyir ki, "məndə pul kartdadır" və bu kimi müxtəlif bəhanələrlə taksilərdən 20-30 manat alıb evə verib, gələcəyini bildirir. Beləcə, "qaraj"dan liftə daxil olur, bir müddət liftlə aşağı-yuxarı qalxıb, düşür və vaxt qazanır, sonra da binanın qabaq çıxışından çıxıb gedir.

Bu kadrlar binanın təhlükəsizlik kameralarına əks olunub. Həmin ərazidəkilərin dediklərinə görə, bu qız həftədə 5-6 dəfə fərqli taksi sürücüsü ilə bu əraziyə gəlir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi