azia.az
azia.az

Hicabsız şəkil paylaşdığı üçün həbs olundu - FOTOLAR

10-11-2021, 11:40

Hicabsız şəkil paylaşdığı üçün həbs olundu - FOTOLAR
Yəməndə islam qaydalarını pozduğu üçün həbs edilən 20 yaşlı model Entesar əl-Həmmadi ilə bağlı qərar verilib.

Azia.az Axşam.az-a istinadən xəbər verir ki, model 5 il azadlıqdan məhrum edilib. Buna səbəb Entesar əl-Həmmadinin fevralda hicabsız şəkillər çəkdirib və yayımlaması olub.

Fevraldan bu yana həbsxanada olan modelin vəkili isə açıqlamasında deyib ki, içəridə olduğu müddətdə Entesar müxtəlif zorakılığa məruz qalıb.

"Ona narkotik istifadə etmək", "fahişəlik" kimi bir neçə cinayət etiraf etdiriblər. Hamısı yalandır" deyə, vəkil bildirib.

O vurğulayıb ki, prokurorlar bu cinayətləri qəbul etmədiyi təqdirdə onu bakirəlik testi verməklə hədələyiblər.

Qeyd edək ki, Entesar əl-Həmmadi sosial şəbəkələrdə paylaşdığı fotoları ilə məşhur olub.

Hicabsız şəkil paylaşdığı üçün həbs olundu - FOTOLAR
Hicabsız şəkil paylaşdığı üçün həbs olundu - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi