azia.az
azia.az

11 yaşında zorlanan qız dünyaya uşaq gətirdi-Ailəsi imtina etdi

30-10-2021, 08:51


Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə 11 yaşlı uşağın hamilə qalması ilə bağlı məsələyə münasibət bildirib.
11 yaşında zorlanan qız dünyaya uşaq gətirdi-Ailəsi imtina etdi
Xəbər verilir ki, o, bu məsələdə ailəni günahlandırıb.

“Cəmi 11 yaşı var onun. Bir az öncə 11 yaşlı uşağın bir qız uşağı oldu. Əlbəttə, cinayət işi də açılacaq, cinayətkar da tutulacaq. Amma ən böyük cinayətkar ailədir.

O ailə nə vəziyyətdə olmalıdır ki, uşağından, 31 həftəlik hamiləliyi, burnuna dəyən qarnını görməsin! Ən böyük cəza ailənindir. Ən böyük cəza valideynindir! Hazırda cəza çəkən uşaqdır. Cəzası iztirablardır, zorlanmasıdır, hamiləliyidir, reanimasiyada can çəkişidir.

O kiçik canında daşıdığı günahsızlığın cəzasıdır cəzası. Cinayətkarı isə küncdə-bucaqda axtarmayın. Nərminin ruhuna heç olmasa bu dəfə hörmət edin. Valideyn üçün isə allahdan nə böyük cəza varsa, onu diləyirəm”, – birlik sədri qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi