Gömrükdə 80 min qanunsuz siqaret aşkarlandı
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aksiz markası ilə markalanmalı olan məhsulların ölkəyə gətiriləcəyi ilə bağlı məlumat daxil olub.
Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, marka olmadan satma, satış məqsədi ilə saxlama, eyni zamanda Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən müxtəlif markalı siqaretləri Azərbaycanda realizə edən Masallı rayon sakini barədə əməliyyat daxil olan əməliyyat məlumatı əsasında həmin şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Masallı rayonunda keçirilən əməliyyat nəticəsində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onlardan birinin idarə etdiyi “Vaz-21063” markalı minik avtomobilindən 80 000 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.