Xəyanətin başlıca SƏBƏBİ - Psixoterapevt açıqladı
Bir psixoterapevti xəyanətin gözlənilməz, lakin onun fikrincə, ən çox rast gəlinən səbəbini açıqlayıb.
Azia.az lenta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə paylaşımını "Reddit" platformasında anonim şəkildə edib.
Mütəxəssisin fikrincə, ən çox xəyanətə səbəb, qarşılanmamış ehtiyaclardır.
Psixoterapevt vurğulayıb ki, bu, insanın emosional və ya cinsi ehtiyaclarına aiddir və adətən hər ikisini əhatə edir. Emosional xəyanət cəmiyyətdə məqbul sayılsa da, cütlük münasibətlərinə mənfi təsir göstərə bilər.
Mütəxəssis vurğulayıb ki, istənilən xəyanət gec-tez ifşa olunmalıdır. Əks halda, xəyanət edən şəxs tərəfdaşını münasibətlə bağlı müstəqil qərar vermək hüququndan məhrum edir. Və bu manipulyasiyanın bir formasıdır.