Ermənistanla bağlı ŞOK
Ermənistanda cinayətlərin sayında ciddi artım müşahidə olunur.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Taqui Tovmasyan məlumat yayıb.
“Əgər 6 il ərzində cinayətlərin sayı 63 faiz, şəxsiyyət əleyhinə törədilən cinayətlərin sayı isə demək olar ki, iki dəfə artıbsa, bu, artıq sadəcə statistika deyil - ciddi siqnaldır”, - deyə Tovmasyan bildirib.
Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə 24 678 cinayət hadisəsi qeydə alınıb, 2024-cü ildə isə bu rəqəm 63 faiz artaraq 40 232-yə çatıb. 2018-ci ildə 3000 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdusa, 2024-cü ildə bu göstərici 9886 nəfərə yüksəlib.