azia.az
azia.az

"Ramiz Mehdiyevin baldızı ilə Moskvada bir yerdə işləmişəm, təmiz daşnak idi" - tanınmış alimdən sensasion ifşa - VİDEO

Bu gün, 19:31

TV Müsavat olaraq bu dəfə kameralarımızı Milli Elmlər Akademiyasının qarşısında qurmuşduq. Ramiz Mehdiyevin həbs xəbəri ilə bağlı onun bir zamanlar (2019–2022-ci illər) prezidenti olduğu Milli Elmlər Akademiyasının alimləri ilə söhbət etdik.

Onlardan biri - Kimya İnstitutunun tanınmış alimi, fəlsəfə doktoru Mirheydər Abbasov kameramıza sensasion açıqlamalar verdi.

Alim qeyd edib ki, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın bacısı ilə birgə bir zamanlar Moskvada elmi mərkəzdə çalışıb:

“Qalinanın bacısı Natella ilə birgə eyni laborotoriyada çalışırdıq. Mən onda asipirtauranı oxyurdum. Natella “təmiz daşnak” idi. Yəni, əsl erməni daşnak! Hansı ki, əlində imkanı olsaydı, məni öldürtdürərdi. İndi təsəvvür edin, Ramiz Mehdiyev bu cür ailənin zümrəsinin yetirməsidir.

Ramiz Mehdiyevin həbsinə gəldikdə, ola bilsin ki, yenə də dilini dinc saxlamayıb, sərhədləri aşacaq sözlər söyləyib, görüblər ki, cızığından çıxıb. Ya da Allah bilir nə edib. O, çox böyük güc sahibidir və Azərbaycan dövləti üçün böyük təhlükə yarada bilərdi.

Bu baxımdan onun neytrallaşdırılması lazım idi. O, Azərbaycan dövləti, hökuməti, xalqı üçün nəinki arzuolunmazdır, həm də çox təhlükəli adamdır. Sovet vaxtı Moskvaya işləyib, daha sonra yenə onların adamı kimi fəaliyyət göstərib. Hesab edirəm ki, ona ev həbsi deyil, həqiqi həbsi, türməyə salınması lazımdır”.

Həmin video görüntünü olduğu kimi təqdim edirik:

Xalidə Gəray,
Rafət Şahbazov,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi