Gömrük Komitəsindən əhaliyə MÜRACİƏT
Dövlət Gömrük Komitəsi fiziki şəxslərə müraciət edib. Lent.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiqi barədə 305 saylı 14 oktyabr 2013-cü il tarixli Qərarına əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilməklə, qanunvericilikdə nəzərdə tutulmuş hədlər çərçivəsində güzəştli qaydada gömrük ödənişləri ödəmədən gömrük sərhədindən keçirmək hüququna malikdir.
Mövcud normativ-hüquqi aktda nəzərdə tutulan həddən artıq ölkə ərazisinə gətirilən mallar isə zəruri sənədlər təqdim olunduğu təqdirdə yalnız yük gömrük bəyannaməsi tərtib edilməklə gömrük vergi və rüsumlarına cəlb olunaraq gömrük rəsmiləşdirilməsi həyata keçirilir”.