2020-ci ildə Ramiz Mehdiyev 16 nəfər deputatı məhkəməyə verməklə hədələdi-DEPUTATDAN ŞOK AÇIQLAMA
“Bəli, 2020-ci ildə Ramiz Mehdiyev 16 nəfər deputatı məhkəməyə verməklə hədələdi. Həmin vaxt mən də bu siyahıda idim”.
Xəbər verilir ki, bu sözləri “Yeni Sabah”a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, hazırda barəsində cinayət işi açılan akademik Ramiz Mehdiyev vaxtilə özünü və 15 həmkrını məhkəmə iddiası ilə hədələyib:
“Bəli, 2020-ci ildə Ramiz Mehdiyev 16 nəfər deputatı məhkəməyə verməklə hədələdi. Həmin vaxt mən də bu siyahıda idim. Məni ona görə siyahıya daxil etmişdi ki, pandemiya dövrünün şərtlərini pozaraq, onun nəvəsinə toy keçirməsi ilə bağlı tənqidi fikirlər səsləndirmişəm.
Fikrimcə, qanun qarşısında hamı bərabərdir və heç kimin xüsusi immuniteti yoxdur. Qanun əgər pandemiya dövründə toy şənliklərinin keçirilməsini qadağan edirsə, bu hamıya aiddir. Bunu əsas götürərək, Ramiz Mehdiyevin pandemiya dövründə toy keçirməsini pisləmişəm. O da mən və digər 15 deputatdan məhkəməyə şikayət edəcəyi ilə bağlı hədə-qorxu gəlmişdi”.
Elman Nəsirov qeyd edib ki, Ramiz Mehdiyev son nəticədə fikrindən danışıb:
“Eşitdiyimə görə, sonrakı mərhələdə o məhkəməyə müraciət etmək istəyindən daşınıb. Amma məhkəmə keçirilsəydi, nəticə necə olacaqdı? Biz fakta söykənib danışmışıq. Toy olub? Olub. Toy keçirməyə icazə vardı? Yox. Bunu sübut etmək olardı? Bəli, kadrlar var.
Belə olan təqdirdə Ramiz Mehdiyev məhkəməyə müraciətin perspektivsizliyini nəzərə alıb. Çünki necə deyərlər, fakt və arqument qarşısında şlyapanı çıxarırlar”.
Xatırladaq ki, Ramiz Mehdiyevin 2020-ci ildə şikayətlənmək firində olduğu deputatların siyahısına bu şəxslər daxildir: Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova və Siyavuş Novruzov.