azia.az
azia.az

Azərbaycanda gələn il 66 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq

Bu gün, 19:37

Gələn il Azərbaycanda 67 şəhər və rayondan cəmi 1-i öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onu dövlət büdcəsindən vəsait ayrılacaq.

Bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, həmin rayon Xocavənddir. Onun yerli gəlirlərini və xərclərini tənzimləmək üçün 2026-cı ilin büdcəsində 847 min manat vəsait nəzərdə tutulub.

Beləliklə, 66 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 milyon manat olacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi