azia.az
azia.az

Xətai rayonunda dördmərtəbəli evin yeddinci mərtəbəsi: “İcazə sənədləri yoxdur“

Bu gün, 00:00

Bakının Xətai rayonu, Köhnə Günəşli massivi ərazisində tikilməkdə olan binanın üst mərtəbələrinin qanunsuz artırıldığı iddia olunur.


Paytaxt.org xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirə aparılıb.



Qeyd olunub ki, tikinti həyata keçirilən layihədə dörd mərtəbə olaraq nəzərdə tutulsa da, sonradan beşinci və altıncı mərtəbələr də tikilib və hazırda yeddinci mərtəbənin tikintisi aparılır.


MPaytaxt.org bildirir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, müvafiq icazəverici sənədlər təqdim olunmadığından tikinti işləri dayandırılıb.

Xətai Rayon İcra Hakimiyyətindən isə əvvəlcə sorğumuza cavab veriləcəyi bildirilsə də, sonradan zənglərimiz cavabsız qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi