Azərbaycanda 41 yaşlı kişi gənc qızı oğurlayaraq zorladı
Azərbaycanda itkin düşən gənc qızın oğurlanaraq zorlandığı məlum olub.
Azia.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb.
Məlumata görə, 41 yaşlı Ramil Bayramov 19 yaşlı qızı qaçırıb, bir gün sonra isə onu zorlayıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində gənc qız evinə qaytarılıb.
R.Bayramov barəsində isə Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılıb.