azia.az
azia.az

Azərbaycanda sabiq deputat vəfat edib-FOTO

7-09-2021, 14:39

Azərbaycanda sabiq deputat vəfat edib-FOTO
Azərbaycan Milli Məclisin sabiq deputatı, Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas, fəlsəfə doktoru Xeyrulla Əliyev vəfat edib.
Azia.az redaktor.az-a istinadla xəbər verir ki, Xeyrulla Salman oğlu Əliyev 1991-ci il noyabrın 26-da Azərbyacan Ali Sovetinin nəzdində yaradılan Milli Şuranın 50 üzvündən biri olub.

Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən X.Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.
O, 2003-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi idi. Hekayələri, tərcümələri, oçerkləri, ədəbi-tənqidi və publisist məqalələri, teatr və kino rəyləri, eləcə də tərcümələri dövri mətbuatda müntəzəm "Ə.Xeyri”, "Əli Xeyrəddinov”, "Xeyir Əliyev” və s. imza və təxəllüslərlə çap edilirdi.

X.Əliyev 20-dən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirmişdi. O, Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş”, "Gün var əsrə bərabər”, Nodar Dumbadzenin "Ağ bayraqlar” və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi.

Azərbaycanda sabiq deputat vəfat edib-FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi