azia.az
azia.az

Polis əməliyyat keçirdi - “Kriti Vüqar” və dəstəsi görün harda saxlanıldı

1-09-2021, 21:04

Polis əməliyyat keçirdi - “Kriti Vüqar” və dəstəsi görün harda saxlanıldı
Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Azia.az xəbər verir ki, Sumqayıt polisinin şəhər ərazisində həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb.

Belə ki, şəhər sakinləri - əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına görə 10 il məhkumluq həyatı yaşamış Alı Alıyev, adam öldürdüyünə görə ümumilikdə 21 il məhkum olunmuş və kriminal aləmdə “Kriti Vüqar” kimi tanınan Vüqar Şirinov, eləcə də Tərlan Balıyev, Qafur Qədimalıyev, Xaqani Bayramov, Kənan Gülmalıyev, Rəşad Mahmudov və əvvəllər məhkum olunmuş Faiq Hacıyev saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif bükümlərdə ümumi çəkisi 100 qrama yaxın heroin, marixuana və psixotrop maddə olan “patı” kimi tanınan metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi