Həyat yoldaşı öldürüldü, özü intihar etdi: Məşhur ailənin DƏHŞƏTLİ GÜNÜ - FOTOLAR
Türkiyədə SAS holding şirkəti ilə bağlı araşdırmalar davam edir.
Azia.az xəbər verir ki, şirkətin sahibinin və həyat yoldaşının ölümündən sonra genişlənən araşdırmalarla bağlı hələlik yekun nəticə əldə etmək mümkün olmayıb. Məlumata görə, şirkət əhalini cəlb edərək, onlara pullarını artıracağını vəd edib. Bu yolla insanlar 639 milyon lirə şirkətə yatırım edib. Bəzi qanunsuz əməllərin üzə çıxmasından sonra polis şirkətlə bağlı araşdırmalara başlayıb. Araşdırmaların davam etdiyi vaxtda, bir müddət əvvəl şirkətin sahibi Süleyman Aydının keçmiş həyat yoldaşı Sibel Koçan qətlə yetirilib. Onun 3,5 milyon lirə pulu oğurlanıb. Bu xəbəri alan şirkət sahibi 32-ci mərtəbədən tullanaraq intihar edib.
Bununla da, bir sıra məsələlərin üstünü açmaq çətinləşib. İndi şirkətin balansında olan bir neçə lüks avtomobilin harada olduğu məlum deyil. Pulların bir hissəsi isə Sibel Koçanın bacısının evindən tapılıb. Şirkətin yüksək rütbəli nümayəndələri isə şirkətin əməlləri ilə bağlı araşdırmaya kömək edəcək açıqlamalar vermir.