Böyük partlayışın QARŞISI ALINDI: Avtomobil PUA ilə partladıldı
Kabulda beynəlxalq hava limanı yaxınlığında ABŞ hərbçiləri pilotsuz uçuş aparatları (PUA) ilə əraziyə yaxınlaşan avtomobili bombardman ediblər.
Azia.az xəbər verir ki, hədəf dəqiqliklə vurulub. Fəsadlar barədə məlumat yoxdur. Məlum olub ki, avtomobil partlayıcılarla dolu olub. Terrorçuların məqsədi avtomobili ABŞ hərbçilərinin yanında partlatmaq olub.
Qeyd edək ki, 3 gün əvvəl oxşar hadisə zamanı 13 amerikalı hərbçi həlak olub.