SON DƏQİQƏ! Rus əsgərlərinin olduğu avtomobil partladıldı: Ölən və yaralılar var
Suriyanın Haseke vilayətində Rusiyaya məxsus hərbi patrul karvanında hərəkət edən zirehli avtomobil partladılıb.
Azia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində bir rus hərbçisi aldığı xəsarətlərdən ölüb, üç hərbçi isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.