azia.az
azia.az

Qaxda meşə yanır

25-08-2021, 09:52

Qaxda meşə yanır
Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb.

Azia.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri, yerli sakinlər və müvafiq qurum nümayəndələri cəlb edilib.

İlkin məlumata görə, yanğına səbəb gecə saatlarında yanğın baş verən ərazidə irigövdəli ağacı ildırım vurması olub.

Hazırda dağlıq-meşəlik ərazidəki yanğın nəzarətə götürülüb, söndürülmə prosesi aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi