“Azərenerji”nin mühəndisi iş başında ölüb
Avqustun 12-si saat 13 radələrində Sumqayıt şəhər sakini Qəmərəddin Məmmədovun işlədiyi yerdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər Prokurorluğundan Azia.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Qəmərəddin Məmmədov mühəndis vəzifəsində işlədiyi “Azərenerji” ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində yerdəyişmə işləri görülərkən paylayıcı qutunun üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.