Bərdədə əməliyyat: vəzifəli şəxslər korrupsiyaya görə həbs edildi
Bərdə rayonunda təhsil müəssisəsinin direktoru həbs edilib
Azia.az Trend-ə istinadən xəbər verir ki, hüquq - mühafizə orqanları əməkdaşları 105 saylı Bərdə Texniki Peşə Liseyində əməliyyat keçirib.
Əməliyyat zamanı liseyin direktoru Şamil Şükürov korrupsiya faktı ilə bağlı saxlanılıb. Əməliyyat zamanı liseyin mühasibinin də saxlanıldığı bildirilir.