azia.az
azia.az

İran bütün şərtlərlə razılaşıb - Tramp

Bu gün, 11:10

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla münaqişə zamanı qarşıya qoyduğu məqsədlərin demək olar ki, hamısına nail olub.

Modern.az xəbər verir ki, Tramp CNBC telekanalına müsahibəsində bildirib: “Məncə, onlar bizə lazım olan demək olar ki, bütün şərtlərlə razılaşıblar”.

O əlavə edib ki, Tehranla danışıqlar davam edir və hərbi qarşıdurma İranın nüvə silahı məsələsinin həllinə gətirib çıxarıb.

“Bu, İranın nüvə silahından məhrum edilməsidir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Trampın fikrincə, təxminən dörd ay davam edən münaqişə ABŞ hərbçilərinin məqsədlərinə çatması üçün nisbətən qısa müddət olub.

“Və mən nə əldə etdim? Mən onları hərbi baxımdan darmadağın etdim”, – deyə Amerika lideri qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi