azia.az
azia.az

Kəmaləddin Heydərov generalı vəzifəsindən azad etdi - FOTO

Bu gün, 10:56

Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib.

Xəbər verilir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub.

Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.\\manset.az

Fotoda Əşrəf Qasımov


Fotoda Fərhad Səmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi