azia.az
azia.az

203 qəsdən adam öldürmə cinayətindən 194-nün üstü açılıb

5-02-2016, 19:05

203 qəsdən adam öldürmə cinayətindən 194-nün üstü açılıb Ötən il 203 qəsdən adam öldürmə cinayətindən 194-nün üstü açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.
Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ildə qeydə alınmış 203 qəsdən adam öldürmə cinayətindən 194 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 71 hadisənin isti izlərlə açılması təmin olunub. Həmin cinayətlərin açılması 95,5% təşkil edib. 2014-cü illə müqayisədə hesabat dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin ümumi sayı 16 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı isə 3 hadisə azalıb.
Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin və rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının aidiyyəti hüquq-mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat dövründə ötən illərdə baş verməklə bağlı qalmış bir sıra qəsdən adam öldürmə cinayətlərinin açılması təmin olunub, habelə itkin düşmüş şəxslər kimi axtarışda olan bir neçə nəfərin qəsdən öldürülmələri müəyyən edilib.
Azərbaycan Respublikası Hərbi prokurorluğu orqanları tərəfindən Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Baş prokuror Zakir Qaralov bildirib ki, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli olmuş, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi