azia.az
azia.az

İlon Mask yenidən trilyonçu oldu

Bu gün, 08:14

“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın sərvəti yenidən 1 trilyon dolları ötüb.

Xəbər verilir ki, bu barədə “Forbes” məlumat yayıb.  ABŞ fond bazarının açılmasından sonra şirkətlərin səhmlərinin bahalaşması Maskın yenidən trilyonçu statusuna qayıtmasına səbəb olub.

Bu, cümə günü ticarətin bağlanışındakı göstəricidən 30,6 milyard dollar çoxdur. Həmin gün “SpaceX”in səhmləri 5 faizdən çox, “Tesla”nın səhmləri isə 1 faiz bahalaşıb.

Mask dünyanın ən varlı şəxsi olaraq qalır. “Amazon”un qurucusu Ceff Bezosun sərvəti isə təxminən 371,5 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, Mask ilk dəfə iyunun 12-də trilyonçu statusuna çatmışdı. Lakin iyulun 25-də onun sərvəti yenidən bu həddən aşağı düşmüşdü.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi