azia.az
azia.az

Türkiyədə sərnişin təyyarəsində bomba HƏYƏCANI

Bu gün, 08:15

Ankara–Şanlıurfa reysini yerinə yetirən “AJet” aviaşirkətinə məxsus təyyarədə partlayıcı maddənin olduğu barədə yazılı qeyd tapılıb.

 “Sözcü”yə istinadən xəbər verilir ki, bu barədə Şanlıurfa valisi Hasan Şıldak məlumat verib.

Bildirilib ki, oktyabrın 5-də saat 19:00-da Ankaradan havaya qalxan 4180 saylı reys saat 20:05-də Şanlıurfa GAP Hava Limanına enib.

Təyyarədəki 136 sərnişin və 7 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Təhlükəsizlik əməkdaşlarının göyərtədə partlayıcı maddə axtarışı aparacağı açıqlanıb.

Vali təxliyə və yoxlama üçün bütün zəruri təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi