azia.az
azia.az

Tramp: Rusiyaya bu məsələdə yardım edəcəyik

Bu gün, 08:06

ABŞ Prezidenti Donald Tramp İrkutsk vilayətində etiologiyası müəyyən edilməyən pnevmoniya halının aşkarlanması ilə əlaqədar Rusiyaya zərurət yaranacağı təqdirdə yardım göstərməyə hazır olduqlarını bildirib.

Xəbər verilir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin sualını cavablandırarkən danışıb.

“Biz onlara mümkün qədər kömək edəcəyik”, – ABŞ Prezidenti deyib.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov İrkutsk vilayətində “taun” və ya digər infeksiyanın yayılması ilə bağlı məlumatlara münasibət bildirib. O, belə məsələlərdə şayiələrə deyil, “Rospotrebnadzor” mütəxəssislərinin qiymətləndirmələrinə əsaslanmağa çağırıb.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi