MEK-in “İraq-Türkman kitabxanası” guşəsinə yeni kitablar hədiyyə edilib
Kərkük Mədəniyyət Dərnəyinin başçısı, araşdırmaçı-yazar, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru, ictimai xadim Dr.Şəmsəddin Kuzəçi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub.![]()
Dr.Şəmsəddin Kuzəçi “İraq-Türkman kitabxanası” guşəsinə “Ben Kerküküm”, “Kərkükün rüzgarı”, “Kərkükün günəşi” adlı yeni kitablarını, Orxan İsayev isə həmmüəllifi olduğu “İraq-Türkman ədəbiyyatı tarixi” adlı monoqrafiyasını hədiyyə edib.![]()
Görüş zamanı MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov İraq-türkman ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət bu guşə barədə ətraflı məlumat verib. Direktor qarşılıqlı elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.![]()
Dr.Şəmsəddin Kuzəçi ölkələrimiz arasında ortaq milli-mənəvi dəyərlərin və qədim tarixi köklərin olduğundan danışıb.![]()
Orxan İsayev isə həmmüəllifi olduğu monoqrafiyada türkmanların yazılı ədəbiyyatı ilə yanaşı, şifahi xalq ədəbiyyatının da öz əksini tapdığından bəhs edib.
Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.