azia.az
azia.az

Atatürk Mərkəzində Vahid Ömərlinin yubileyi KEÇİRİLİB

29-11-2025, 18:34

Bu gün Atatürk Mərkəzində Borcalı İB - nin təşkilatcılıgı ilə əslən Borcalı mahalından olan alim, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid  Ömərlini 70 illik yubiley tədbiri kecirildi. Tədbiri Borcalı Cəmiyyəti İctimai Birliyi İdarə heyətinin sədri Ramiz Həsənov acaraq yubilyari dəyərli elmi fəaliyyətinə və Borcalı elinə həsr olunan samballı elmi kitablarına görə təşəkkür etdi. Tədbirə dəvət olunan alimlər, ictimai xadimlər, Vahid müəllimin yaxın dostları, şairlər, tanınmış ziyalılar öz ürək sözlərini söylədilər. İctimsi xadim Həsən Həsənov, DTX polkovniki Elşad Həsənov, Şair dramsturq Hamlet İsaxanlı, tanınmış şair  Vəli Qaracaylı və s elm adamları, ən yaxın dostları xatirələrini bölüşdülər. Hər bir cıxış edən natiqlər Vahid Ömərlinin- sadə və bitib tükənməyən enerjili yazıcının yaradıcılıgını təhlil etdilər. Bütün gücünü ana torpaqan alan Borcalının Qarayazı elinin  Kosalı kəndində anadan olan yubilyar öz ilhamını da doguldugu kənddən aldıgını dilə gətirdi. Borcali Cəmiyyəti İdarə heyətinin sədri Ramiz Həsənov  təşkilatın adından   yubiıyara onun rəsmi olan xalca və simvolik papaq  hədiyyə etdi. Sonda V. Ömərli qonaqlara, dostlara minnətdarlıgını bildirdi, bundan sonra daha böyük tarixi əsərlər yazacagını bildirdi

Yazıçı, jurnalist- İradə Qaracalı

 


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi