azia.az
azia.az

MEK-də fevral ayı ərzində daxil olan nəşrlərin sərgisi keçirilir

5-03-2024, 18:22


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) fevral ayı ərzində daxil olan nəşrlərin sərgisi keçirilir.

İki həftə müddətində davam edəcək sərgidə müxtəlif elm sahələrini əhatə edən “Fəlsəfə”, “Ümumi kimya texnologiyası”, “Azərbaycan tarixi”, “Aqrar sahədə intensiv inkişafın iqtisadi problemləri”, “Ali məktəb pedaqogikası”, “Mətn dilçiliyi problemləri”, “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransının materialları, “Heydər Əliyev və mətbuat”, “Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan-Türkiyə birliyinin fəlsəfəsi”, “Bakı memarlığı fotorəsmlərdə və açıqcalarda”, “XX əsrin 1920-1930-cu illərində Bakıda memarlıq. Konstruktivizm dövrü”, “Azərbaycan ədəbiyyat tarixi”, “Nizami Gəncəvi almanaxı” və s. nəşrlər yer alıb.

Sərgilənən nəşrlər sırasında Azərbaycan və rus dillərində bədii ədəbiyyat nümunələri, şəxsi inkişaf və psixologiya, görkəmli şəxsiyyətlərə həsr olunmuş avtobioqrafik əsərlər, dünya şəhərləri və mədəniyyət mərkəzləri haqqında maraqlı faktların və məlumatların yer aldığı kitablar, jurnallar da var.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi