azia.az
azia.az

Nazir müavini: "Bu il ÜDM-nin 41 faizi Avropa İttifaqı ölkələri ilə həyata keçirilib"

1-06-2016, 05:56

Nazir müavini: "Bu il ÜDM-nin 41 faizi Avropa İttifaqı ölkələri ilə həyata keçirilib" Bakıda İqtisadiyyat Nazirliyi və Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda institusional quruculuq əməliyyatlarına dəstək (SİBA)” layihəsi ilə birgə “İnstitusional quruculuq” mövzusunda konfrans keçirilib.
Gün.Az xəbər verir ki, konfransın keçirilməsində məqsəd potensial benefisiar qurumları və digər maraqlı tərəfləri Tvinninq, TAİEX, SİQMA və SOCİEUX kimi Avropa İttifaqının institusional quruculuq alətləri və Azərbaycanda alətlər sayəsində əldə edilən nailiyyətlər barədə məlumatlandırmaq, eləcə də institusional quruculuq fəaliyyətində iştirakın faydaları və yaratdığı imkanlar barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmaqdır.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair ümumi məlumat verib.
Nazir müavini deyib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır:

"Bu il ÜDM-nin 41 faizi Avropa İttifaqı ölkələri ilə həyata keçirilib. Aİ Azərbaycanda ən böyük investordur. Ölkəyə son on ildə yatırılan investisiyaların 47 faizi Aİ ölkələrinin payına düşür.

Azərbaycan fəal şəkiıdə Aİ ilə yardım proqramlarını icra edir. Bugünədək Azərbaycanda ümumilikdə 43 Tvinninq layihəsi icra edilib və bu layihələrdən 25-I uğurla tamamlanıb, 9 layihə icra mərhələsindədir, 9 layihə üzrə sənədlər hazırlanır". Onun sözlərinə görə, Azərbaycan regionda Tvinnihq layihələrinə görə liderdir:

"Azərbaycan dövlət qurumlarının təşəbbüsü ilə ümumilikdə 150 TAİEX tədbiri həyata keçirilib, bununla yanaşı dövlət qurumlarının nümayəndələri 68 çoxtərəfli TAİEX tədbirində iştirak edib. Azərbaycanda 15 SİQMA layihəsi icra edilib, 2 SOCİEUX layihəsi icra mərhələsindədir".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard institusional quruculuq sahəsindəki Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi