Azərbaycanla BƏƏ arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair saziş təsdiq edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" Sazişin təsdiq edilməsi haqqında Qanunu təsdiq edib.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" 2016-cı il fevralın 2-də Dubay şəhərində imzalanmış Saziş təsdiq edilsin".