Corc Soros: "Putin Avropa üçün İŞİD-dən də təhlükədir"
Amerikalı milyarder Corc Soros “Guardian” qəzetində yazdığı məqalədə Putini Avropa İttifaqı üçün ""İŞİD"dən daha böyük təhlükə" adlandırıb.
Soros Qərb liderlərinin Putinə yaxınlaşmasını tənqid edib. O deyib ki, ABŞ və Avropa liderləri Putinin İŞİD-ə qarşı mübarizədə potensial bir müttəfiq olduğunu düşünməklə çox böyük səhv edirlər.
Soros Rusiyanın bu vəziyyətdən bilərəkdən istifadə etdiyini yazır: “Putin bacarıqlı taktika yeridir, ancaq stratejik düşünən biri deyil. Onun Suriyaya Avropanın qaçqın krizini ağırlaşdırmaq üçün müdaxilə etdiyinə inanmaq üçün heç bir səbəb yoxdur. Əslində, müdaxiləsi mövqe olaraq yanlışdır. Bu müdaxilə də onunla Türkiyə prezidenti arasında qarşıdurmaya səbəb oldu. Bu, hər iki tərəfin maraqlarına mənfi təsir etdi. Ancaq Putin Avropa İttifaqılnın dağılma ehtimalını gördüyü üçün bunu tez dəyərləndirmək qərarına gəldi. Ortaq bir düşmənə, İŞİD-ə qarşı işbirliyindən danışaraq planlarını gizlətdi. Ukraynada imzalanmış Minsk müqaviləsinin şərtlərini isə yerinə yetirməyə etinasız yanaşdı. Bütün bunlardan sonra ABŞ və Avropa liderlərinin onu tənqid etməkdənsə, dəstəkləməsini anlamaq çətindir”.
Soros iddia edir ki, Putinin Rusiyası və Avropa İttifaqı zamana qarşı yarışa girib və indi əsas problem hansının birinci çökəcəyidir.
Soros AB-nin hazırda eyni anda 5-6 krizislə boğuşduğunu və yaşanan qaçqın böhranın AB-ni yıxma potensialının daha çox olduğunu deyir: “İŞİD iki tərəf üçün də təhdid yaradır, ancaq şişirdilməməlidir. Cihadçı terrorçular tərəfindən edilən hücumlar hər nə qədər təhükəli olsa da, Rusiyadan gələn təhdidlə müqayisə edilə bilməz”.